525.Az

Faktiki hava şəraiti açıqlandı


 

Faktiki hava şəraiti açıqlandı<b style="color:red"></b> Azərbaycan ərazisində iyunun 9-u gündüzdən 10-u səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, iyunun 10-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.
 
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-15, bəzi yerlərdə 18-44, Başdaşağıl məntəqəsində 92, Qazax-Gəncə zonasında 3-10, bəzi yerlərdə 39-61, Kiçik Qafqazda 11-56,  Lənkəran-Astara zonasında 1-22,  Mərkəzi Aran rayonlarında 1-24 mm təşkil edib.
 
İyunun 9-da saat 20:18-20:20 radələrində Göygöldə 12, saat 16:22-16:26 radələrində isə Gəncədə diametri 18 mm olan dolu düşüb.
 





10.06.2016    çap et  çap et