525.Az

Nazir Samuxda qəbul keçirdi


 

Nazir Samuxda qəbul keçirdi<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samuxda vətəndaşları qəbul edib.
 
Nazirlikdən 525.az-a verilən məlumata görə, qəbulda Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib.
 
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda vətəndaşlar tərəfindən müxtəlif mövzularda müraciətlər, bir sıra təklif və təşəbbüslər səsləndirilib.
 
Sakinlər tarix-diyarşünaslıq muzeyinin fəaliyyəti, atçılıq təsərrüfatının inkişaf etdirilməsi, Heydər Əliyev Mərkəzinin nəzdində turizm agentliyinin yaradılması, işlə təminat, musiqi alətlərinin təmiri və köklənməsi üçün köməklik göstərilməsi, kitaba marağın artırılmasına xidmət edən layihələrə dəstək göstərilməsi, bir sıra sosial məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
 
Nazir bildirib ki, qəbulda 30-dək vətəndaş iştirak edib:
 
“Tarixi abidələrimizin qorunması, yerlərdə mədəni həyatın daha da canlandırılması ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir.
 
Tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirilməsi haqqında sərəncamına əsasən nazirliyin 15 regional idarəsi yaradılacaq.
 
İslahatlar nəticəsində nazirliyin fəaliyyəti daha da optimallaşdırılacaq, eyni zamanda, bu proses bölgələrimizdə mədəniyyət və turizminin inkişafına öz töhfəsini verəcək".
 





10.06.2016    çap et  çap et