525.Az

"SOCAR Gürcüstanda tikiləcək qaz anbarına maraq göstərir"


 

"SOCAR Gürcüstanda tikiləcək qaz anbarına maraq göstərir"<b style="color:red"></b>

Gürcüstanda tikiləcək qaz anbarının texniki-iqtisadi əsaslarını artıq müəyyən etmişik.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında bu ölkənin energetika nazirinin müavini Mariam Valişvili bildirib.
 
"Amma anbarın tikintisi ilə bağlı bir sıra məsələləri həll etmək lazımdır və biz əlavə işlərin görməliyik. Bu işlə Gürcüstan Neft və Qaz Korporasiyası məşğul olur. Bizə təxminən 12-18 ay lazımdır ki, qaz anbarının geoloji araşdırmasını aparaq və bundan sonra biz layihənin detallarını öyrənmək üçün müəyyən işlər həyata keçirəcəyik", - deyə nazir müavini qeyd edib.

Nazir müavini anbarın tikintisində SOCAR-ın iştirak etmək istədiyini qeyd edib: "Biz bilirik ki, SOCAR anbarın tikintisinə maraqlıdır. Biz bu layihədə SOCAR-ın iştirakını alqışlayırıq, çünki onlar Gürcüstan bazarında əsas qaz təchizatçısıdır. Bu bazar gündən-günə böyüyür. SOCAR maraqlıdır ki, Gürcüstan daxilində öz məhsullarını satmaq üçün onların resursları olsun və bununla bazarın ehtiyacını ödəsin. Düşünürəm ki, 6 ay ərzində SOCAR ilə danışıqlar aparmaq olar".
 
M. Valişvili qeyd edib ki, anbarın layihəsi 250 mln. dollardır.

 





10.06.2016    çap et  çap et