525.Az

Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsi və yol təmirinə 10 milyon manat ayrıldı


 

Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsi və yol təmirinə 10 milyon manat ayrıldı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 10 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 





10.06.2016    çap et  çap et