525.Az

Hansı ölkədə nə qədər neft var? - Siyahı


 

Hansı ölkədə nə qədər neft var? - <b style="color:red">Siyahı</b> British Petroleum (BP) neft-qaz şirkəti “Energetika sektorunun icmalı” adlı hesabat yayımlayıb.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabatda 2015-ci ilin sonu üçün dünya ölkələrindəki neft ehtiyatlarının təsdiqlənmiş miqdarını göstərilib.
 
Hesabata əsasən, Azərbaycanın təsdiqlənmiş neft ehtiyatları 7 milyard barel təşkil edir.
 
Dünyada ən çox neft istehlak edən ölkələrin başında isə ABŞ (sutkada 19 milyon 396 min barel) və Çin (sutkada 11 milyon barel 968 min barel) dayanır.
 
Modern.az təsdiqlənmiş neft ehtiyatına görə dünya lideri olan ölkələrin bir qismini təqdim edir.  
 
Venesuela – 300,9 milyard dollar
Səudiyyə Ərəbistanı – 266,6 milyard barel
Kanada – 172,2 milyard barel
İran – 157,8 milyard barel
İraq – 143,1 milyard barel
Rusiya – 102,4 milyard barel
Küveyt – 101,5 milyard barel
ABŞ – 55 milyard barel
Çin – 18,5 milyard barel
Azərbaycan – 7 milyard barel
Özbəkistan – 0,6 milyard barel
Türkmənistan – 0,6 milyard barel
 





10.06.2016    çap et  çap et