525.Az

“Xocalı aeroportundan uçuşlar yalnız Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər”


 

“Xocalı aeroportundan uçuşlar yalnız Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər”<b style="color:red"></b>

“Xocalı aeroportunun açılacağı dəfələrlə bəyan edilsə də, mən buna inanmıram. Düşünürəm ki, Xocalı aeroportundan uçuşlar yalnız Azərbaycanın icazəsi ilə həyata keçirilə bilər”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov verib.
 
Onun sözlərinə görə, bütün dünya ictimaiyyəti aeroportun yerləşdiyi torpaqların Azərbaycan ərazisi olduğunu bilir: “O torpaqlar Azərbaycanın dədə-baba torpaqlarıdır, Xocalı aeroportundan uçuşlar yalnız Azərbaycanın qanunlarına uyğun həyata keçirilə bilər”.

 





21.02.2013    çap et  çap et