525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2007-ci il. Azərbaycan Respublikasının Prezidenti Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında sərəncam imzalayıb.

Bu tarixi sənəd qoruq ərazisindəki milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə imzalanıb.

1913-cü il. Azərbaycanın Xalq artisti Hökümə Qurbanovanın doğum günü (1913-1988).

Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə obraz yaradan ikinci qadın sənətkar olmayıb.

1896-cı il. Azərbaycanın maarif xadimi, Əməkdar müəllim Qəribsoltan Məlikovanın doğum günü (1896-1967).

Həsən bəy Zərdabinin qızı olan Qəribsoltan Məlikova Tiflisdə rus gimnaziyasında təhsil alıb və uzun müddət kimsəsiz uşaqlar üçün internat məktəbində dərs deyib.

1943-cü il. Avstraliyalı alim Robin Uorrenun doğum günü.

O, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə “Helicobacter pylori” bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.

1967-ci il. İsrail və ərəb ölkələri arasında 6 günlük müharibə başa çatıb.

 





11.06.2016    çap et  çap et