525.Az

Azərbaycanda 6 nəfərin ölümü, 47 nəfərin yaralanmasıyla nəticələn qəza ilə bağlı məhkəmə başladı


 

Azərbaycanda 6 nəfərin ölümü, 47 nəfərin yaralanmasıyla nəticələn qəza ilə bağlı məhkəmə başladı<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub İsmayılov və Fərid Ağayevin cinayət işi üzrə məhkəmə başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bildiklərini deyiblər.
 
Proses fevralın 27-də davam etdiriləcək.
 
Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Hadisədən dərhal sonra cinayət işi başlanılıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

 





21.02.2013    çap et  çap et