525.Az

Məhkəmə rayon prokuroruna qarşı şikayəti təmin etməyib


 

Məhkəmə rayon prokuroruna qarşı şikayəti təmin etməyib<b style="color:red"></b>

Bakı Apellyasiya Məhkəməsində Pərviz Babayev adlı şəxsin Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədova qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, P. Babayev 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək N. Əsədovun hərəkətlərinin qanunsuz hesab edilməsi və barəsində qərar qəbul edilməsini istəyib. Lakin məhkəmə iddianı mümkün saymayıb. Bundan sonra P. Babayev apellyasiya şikayəti verib.

 





11.06.2016    çap et  çap et