525.Az
İmişlidə güclü yağış fəsadlar törətdi
İyunun 12-də günorta saatlarında İmişli rayonu, xüsusən, Bəhrəmtəpə qəsəbəsinə leysan xarakterli yağış yağıb.
525.az xəbər verir ki, güclü küləklə müşaiət olunan leysan zamanı həyatyanı sahələri, bir neçə evi su basıb. Araz çayının səviyyəsində xeyli artım müşahidə olunub. Külək bəzi ağacları kökündən çıxarıb.
Sakinlərin müxbirimizə bildirdiklərinə görə, təsərrüfata da ciddi ziyan dəyib. Əkin sahələri su altında qalıb.
Həmçinin, qeyd olunub ki, son 20 ildə belə güclü leysan yağmayıb.
Cavid QƏDİR
12.06.2016
çap et