525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1550-ci il. Memar Sinan İstanbulda klassik Osmanlı memarlığının ən önəmli nümunələrindən biri olan Süleymaniyyə məscidinin inşasına başlayıb.

Sultan Süleyman Qanuninin şərəfinə tikilmiş məscidin inşası 1558-ci ildə başa çatdırılıb.

1373-cü il. İngiltərə ilə Portuqaliya arasında ittifaq müqaviləsi imzalanıb. Bu müqavilə dünyanın ən qədim və imzalandığı gündən indiyə qədər qüvvədə olan müqaviləsidir.

1892-ci il. Rusiya imperiyasında, Kiyevdə ilk dəfə elektrik tramvay istifadəyə verilib.

1942-ci il. ABŞ Prezidenti Franklin Ruzvelt Strateji Xidmətlər İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Hazırda fəaliyyət göstərən Mərkəzi Kəşfiyyat İdarəsi Strateji Xidmətlər İdarəsinin əsasında yaradılıb.

 





13.06.2016    çap et  çap et