525.Az

“DəmirBank” əmanətçilərin şikayətlərini təmin etmir


 

İTTİHAM OLUNAN ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI

“DəmirBank” əmanətçilərin şikayətlərini təmin etmir<b style="color:red"></b>

“DəmirBank” ətrafında baş verən hadisələrlə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

Əmanət müqavilələrinin müddəti bitən şəxslər bank rəhbərliyinin şok açıqlaması ilə qarşılaşıblar. Bu barədə məlumat verən şikayətçi iddia edir ki, bank rəhbərliyi ortada rəsmi müqavilələrin olmasına baxmayaraq, narazı vətəndaşların hüquqlarını tanımır, hətta onları əmanətçi belə saymır: “Rəhbərlik məsələdən xəbərdar olmadığını bildirir və filial rəhbərinin məsuliyyət daşıdığını iddia edir. Guya bu filial müdirinin özbaşına apardığı maliyyə əməlləridir. Necə ola bilər ki, bankda baş verən hadisələrdən rəhbərliyin məlumatı olmasın? Söhbət milyonlarla manat əmanətdən gedir.

“Azpress.az”ın məlumatına görə, şikayətçi bu müddət ərzində bank rəhbərliyi tərəfindən heç bir tədbir görülmədiyi, əmanətlər qaytarılmadığı üçün söz verdiyi kimi məsuliyyət daşıyan şəxslərin adlarını ictimaiyyətə açıqlayıb: "DəmirBank"ın müşahidə şurasının sədri Rəhman Hacıyev, idarə heyətinin sədri Fərid Abuşov, müxtəlif vaxtlarda "Bayıl" filialını yoxlayan, lazım gəldikdə müdiri əvəz edən Oqtay Şirinov və uzun müddətdir ki, bu məsələləri araşdırdığını deyən baş direktor Oktay Əliyev, eləcə də bu oyunu quran komandanın sabiq üzvü "Bayıl" filialının müdiri Fərəh Rəşadətli məsuliyyət daşıyırlar: “Onlar bir komandanın üzvləridirlər”.

Şikayətçi bildirib ki, indi bank rəhbərliyi ortalığa yeni “versiya” atıb: “ Guya bu işləri törədən “Bayıl” filialının rəhbəri Fərəh Rəşadətlidir. Lakin bu cür hallar bankda ilk dəfə yaşanmır. Təxminən yarım il bundan əvvəl 100 min manata qədər əmanətləri olan şəxsləri də bu ssenari ilə aldatmaq istəyiblər. O vaxt məsələdə adı keçən Oqtay Şirinov Fərəh Rəşadətlinin işlərini yoxlamağa gəlib və onu işdən uzaqlaşdırıb. Əmanətçiləri sakitləşdirmək üçün dərhal vəsaitlər geri qaytarılıb. Ancaq bir müddət keçəndən sonra Fərəh Rəşadətli yenidən öz işinə bərpa olunub. Yəni, onlar əmanətçiləri bu qədərmi ağılsız hesab edirlər? Tarixdə belə oyunlar çox olub və nə ilə nəticələndiyi hamıya məlumdur. Bu qrupun üzvü Fərəh xanım günahkar şəxs kimi ortalığa atılır. Sözsüz ki, himayədarlar pərdəarxası onu darda qoymayacaqlarını bildirirlər. Lakin hadisələr başqa məcrada da inkişaf edə bilər. Məsələni ört-basdır etməkdən ötrü Fərəh Rəşadətlini qurban da verə bilərlər. Buna görə də ona məsləhətimiz odur ki, bildiklərini etiraf etməyə çəkinirsə, bir diskə yazıb bir neçə yaxın adamına - anasına və yaxud sevimli Leyla xalasına verib, xəbərdar eləsin ki, başına bir iş gəlsə, əsl həqiqətlər internetdə yayımlansın. Güman edirik ki, bu addım ona özünü sığorta etməyə kömək edəcək. Çünki Fərəh Rəşadətli də əmanətçilərin pullarının taleyini yaxşı bilir”.

Sonda şikayətçi bank rəhbərliyini bir daha xəbərdar edib: “DəmirBank” rəhbərliyinə məsləhət görürük ki, təcili səhvlərini boyunlarına alıb əmanətçilərin pullarını qaytarasınlar. Bu, onların gələcək fəaliyyətləri üçün çox vacibdir. Yox, əgər, bank rəhbərliyi törətdiyi əməlləri ört-basdır etmək istəyirsə, bu halda cinayət məsuliyyətindən yaxa qurtara bilməyəcəklər. Biz bu pulları min bir əziyyətlə qazanıb “ DəmirBank”a əmanət etmişik. Pulları mənimsənilən şəxslərin içində

Vətənimizin azadlığı uğrunda Qarabağda döyüşən qazilər və Milli Qəhrəmanın ailə üzvləri də var. Bank rəhbərliyi “Qaziler.az” xəbər saytında əməlləri haqqında gedən yazılardan artıq nəticə çıxarmalıydılar. Amma, görünür, bank rəhbərliyi mənimsədiyi pulları asanlıqla geri qaytarmaq istəmir. Ona görə də, bir daha xəbərdarlıq edirik ki, bizi məsələni geniş ictimai müzakirəyə çıxartmağa məcbur etməsinlər. Yoxsa, bu işə ölkə rəhbərliyi müdaxilə etməyə məcbur olacaq. Bu halda onları gözəgörünməz havadarları da xilas edə bilməyəcək”.

CEYHUN














































































































 





13.06.2016    çap et  çap et