525.Az

Apreldə problemli kreditlərin həcmi 55 mln. manat artıb


 

Apreldə problemli kreditlərin həcmi 55 mln. manat artıb<b style="color:red"></b>

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin may ayının 1-ə 1 mlrd. 381,3 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, illik müqayisədə 124,7 mln. manat və ya 9,92% çoxdur.
 
Bu ilin mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 mln. manat və ya 4,13% artıb.
 
Hesabat dövründə milli valyutada 9 mlrd. 723,1 mln. manatlıq kredit verilib ki, bunun da 726,2 mln. manatının və ya 7,47%-nin ödəmə vaxtı gecikir. Bu müddətdə xarici valyutada 9 mlrd. 35,6 mln. manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 655,1 mln. manat və ya 7,25% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 52,57%, xarici valyutada isə bu göstərici  47,43% təşkil edir.
 
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 7,4% təşkil edir. Xatırladaq ki, martda bu göstərici 6,7% olub.

 





13.06.2016    çap et  çap et