525.Az

Bu il orta məktəbləri 200 minə yaxın şagird bitirir


 

Bu il orta məktəbləri 200 minə yaxın şagird bitirir<b style="color:red"></b> Sabah Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110222, XI siniflərini 88591, XII sinifləri isə 856 şagird bitirəcək. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
 
Təhsil naziri Mikayıl Cabbarov da “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.
 
Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
 





13.06.2016    çap et  çap et