525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> İyunun 14-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz  27-29 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı  gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.
 





13.06.2016    çap et  çap et