525.Az

SOCAR DSMF və dövlət büdcəsinə ödənişləri azaldıb


 

SOCAR DSMF və dövlət büdcəsinə ödənişləri azaldıb<b style="color:red"></b>

Bu ilin may ayında SOCAR tərəfindən dövlət büdcəsinə 117,806 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 14,29 mln. manat və ya 10,82% azdır.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-may aylarında büdcəyə 562,781 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42,261 mln. manat və ya 6,98% azdır.

Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,251 mln. manat vəsait köçürüb. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 mln. 3 min manat və ya 8,92% çox olub.
 
Ümumiyyətlə, bu ilin yanvar-may aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 57,359 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 483 min manat və ya 0,83% azdır.

 





13.06.2016    çap et  çap et