525.Az

Bakının bəzi məktəblərində “Son zəng” bu gün keçirilib


 

Bakının bəzi məktəblərində “Son zəng” bu gün keçirilib<b style="color:red"></b> Bakıda keçiriləcək Formula-1 yarışı ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində "Son zəng" tədbirlərinin vaxtı dəyişdirilib. Bu, Təhsil Nazirliyinin razılığı ilə olub.
 
Bakı şəhəri üzrə Təhsil İdarəsi və Təshil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu gün “Son zəng” tədbiri Bakıdakı 160 nömrəli Klassik Gimnaziya,  6, 7 nömrəli tam orta məktəblər və 132-134 saylı təhsil kompleksində keçirilib.
 
Buna səbəb Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə bağlanmasıdır.
 





13.06.2016    çap et  çap et