525.Az

Azərbaycan ABŞ-dakı terroru qınadı


 

Azərbaycan ABŞ-dakı terroru qınadı<b style="color:red"></b> Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-da baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.

Bu barədə APA-ya XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev ötən gün ABŞ-ın Orlando şəhərində çoxlu sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınadıqlarını deyib: “Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.
 
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda terror aktı törədilib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD  hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
 





13.06.2016    çap et  çap et