525.Az

"Sığorta fəaliyyəti ilə bağlı lisenziya üçün 8 müraciət daxil olub"


 

"Sığorta fəaliyyəti ilə bağlı lisenziya üçün 8 müraciət daxil olub"<b style="color:red"></b>

Azərbaycanda sığorta fəaliyyəti ilə bağlı lisenziya verilməsi üçün 8, icazələrin verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) 6 müraciət daxil olub.

"APA-Economics"in sorğusuna cavab olaraq Palatadan bildirilib ki, hazırda bu müraciətlərə baxılır.
 
Palatadan o da bildirilib ki, Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə 1 hüquqi şəxs və 131 fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsi müvafiq dövr üzrə hesabatı təqdim etmədiklərinə görə 3 ay müddətinə dayandırılıb:

“40 nəfər fiziki şəxs olan sığorta agentlərinin lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş hallar qanunvericiliklə müəyyən edilmiş müddətdə aradan qaldırılmadığından Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 4 may 2016-cı il tarixli qərarı ilə həmin şəxslərin lisenziyaları ləğv edilib".

 





13.06.2016    çap et  çap et