525.Az

BMT İnsan Haqları Şurasının 32-ci sessiyası başladı


 

BMT İnsan Haqları Şurasının 32-ci sessiyası başladı<b style="color:red"></b> Cenevrədə BMT-nin İnsan Haqları Şurasının 32-ci sessiyası başlayıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 47 ölkədən olan nümayəndələrin iştirakı ilə Ukrayna, Burundi,  Suriya, Eritreya, Cənubi Sudan və bir sıra ölkələrdəki vəziyyət, habelə irqçilik, qadın, miqrant hüquqlarının müdafiəsi, söz azadlığının təmin edilməsi kimi məsələlər nəzərdən keçiriləcək.
 
BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyn iyunun 29-da Ukrayna və Burundidəki vəziyyət barədə yeni informasiya təqdim edəcək. Ardınca isə interaktiv dialoq baş tutacaq.
 
Sessiya iyulun 1-dək davam edəcək.
 





13.06.2016    çap et  çap et