525.Az

Dövriyyədə olan nağd pulun həcmi ardıcıl üç aydır artır


 

Dövriyyədə olan nağd pulun həcmi ardıcıl üç aydır artır<b style="color:red"></b> Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 16,75% və ya 1 mlrd. 174,3 mln. manat azalaraq 5 mlrd. 834,6 mln. manat təşkil edib.
 
Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, aprel ayında dövriyyədə olan nağd pulların həcmi 221,1 mln. manat və ya 3,94% artıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə apreldə dövriyyədə olan nağd pulların həcmi 417,8 mln. manat və ya 7,71% artıb. Beləliklə, bu il artıq 3-cü aydır ki, ölkədə dövriyyədə olan nağd pulların həcmi artmaqdadır.
 
Xatırladaq ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb.
 





13.06.2016    çap et  çap et