525.Az

ABŞ prezidenti Orlando şəhərinə gedəcək


 

ABŞ prezidenti Orlando şəhərinə gedəcək<b style="color:red"></b> ABŞ prezidenti Barak Obama iyunun 16-da Orlando şəhərinə səfər edəcək.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
 
“İyunun 16-da prezident Barak Obama məlum hadisələr zamanı ölənlərin yaxınlarına başsağlığı vermək üçün Orlando şəhərinə səfər edəcək”, deyə C.Ernest bildirib.
 
Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində  gecə klubunda törədilən terror aktı nəticəsində 49 nəfər ölüb, 53 nəfər yaralanıb. İnsanlara atəş açan Ömər Mətin polislə atışma zamanı öldürülüb. Bu, ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra baş vermiş ən qanlı kütləvi qətliamdır.
 





14.06.2016    çap et  çap et