525.Az

Nyu-Yorkda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum oldu


 

Nyu-Yorkda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum oldu<b style="color:red"></b> Nyu-Yorkda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə bahalı çanta üstündə baş verib.
 
Bir qrup yeniyetmə meydançada basketbol oynayan zaman onlardan birinin qiyməti 500 dollar olan çantası yoxa çıxıb. Oğlan ətrafdakılardan çantanı qaytarmağı tələb edib. Cavab almayan gənc meydançanı tərk edib, bir müddət sonra isə silahlı şəxslə geri dönüb.
 
İnsident 15-17 yaş arası beş yeniyetmənin yaralanması ilə nəticələnib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Polis atəş açan şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat aparılır.
 





14.06.2016    çap et  çap et