525.Az

BMT Baş Assambleyasının 71-ci sessiyasının sədri seçilib


 

BMT Baş Assambleyasının 71-ci sessiyasının sədri seçilib<b style="color:red"></b> Ficinin BMT yanındakı keçmiş daimi nümayəndəsi Piter Tomson BMT Baş Assambleyasının 71-ci sessiyasının sədri seçilib.
 
APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, Piter Tomsonun namizədliyini 94 dövlət dəstəkləyib.
 
Baş Assambleyanın 70-ci sessiyasının nümayəndələrinə müraciət edən Piter Tomson bildirib ki, bu il sentyabrın 13-də işinə başlayacaq 71-ci sessiyada onun əsas prioritetləri 2015-ci ildən sonra davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi, gender balansının təmin edilməsi, insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər olacaq.
 
BMT baş katibi Pan Gi Mun P. Tomsonu 71-ci sessiyanın sədri seçilməsi münasibətilə təbrik edib və onun davamlı inkişaf, bərabərlik istiqamətində səylərini dəstəklədiyini bildirib.
 





14.06.2016    çap et  çap et