525.Az

“İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya”


 

“İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya” <b style="color:red"></b> “Elm və təhsil” nəşriyyatında SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin “İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya” adlı yeni kitabı işıq üzü görüb.
 
APA-nın xəbərinə görə, kitabda müəllifin son illərdə dövri mətbuatda və kütləvi informasiya vasitələrində dərc edilmiş məqalələri, müsahibələri və çıxışları əksini tapıb.
 
Dərc edilmiş məqalələr əsas etibarilə beynəlxalq idarəetmə sistemlərinin və insan resurslarının idarə edilməsi sisteminin mahiyyəti, tətbiqinin idarəetmənin keyfiyyətinin yüksəldilməsindəki əhəmiyyəti və davamlı inkişafdakı rolu, həmçinin özünün rəhbərlik etdiyi qurumlarda praktiki olaraq tətbiqi nəticəsində əldə edilən uğurlardan bəhs edilir.
 
Müəllif kitab haqqında ümumi məlumat verərək bildirir ki, kitaba daxil edilmiş məqalə və müsahibələrdə toxunulan məsələlər aktuallığını bu gün də qorumaqla, həm də toxunulan sahələrdə Azərbaycanın ən böyük şirkəti olan SOCAR-da həyata keçirilən və tətbiqindən əldə edilən uğurlarla tanışlıq oxucuların marağına səbəb olmaqla xoş təəssüratlar da yaradacaq.
 





14.06.2016    çap et  çap et