525.Az

Putin Silahlı Qüvvələrdə növbədənkənar yoxlama elan edib


 

Putin Silahlı Qüvvələrdə növbədənkənar yoxlama elan edib<b style="color:red"></b> Rusiya prezidenti, ali baş komandan Vladimir Putinin əmri ilə Silahlı Qüvvələrdə növbədənkənar yoxlama elan edilib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın müdafiə naziri, ordu generalı Serqey Şoyqu keçirdiyi müşavirə zamanı bildirib ki, bu gün döyüş və səfərbərlik hazırlığının qiymətləndirilməsi üçün ali baş komandanın əmrinə uyğun olaraq növbədənkənar yoxlama başlayıb.

O deyib ki, hərbçilərin təyinatı üzrə tapşırıqları yerinə yetirmə hazırlığı ilə yanaşı, səfərbərlik, ehtiyat birləşmələrin vəziyyətinə də diqqət yetirilməsi vacibdir.
 
Yoxlamalar iyulun 22-dək davam edəcək.
 





14.06.2016    çap et  çap et