525.Az

BSU-da Milli Qurtuluş Günü ilə bağlı tədbir


 

BSU-da Milli Qurtuluş Günü ilə bağlı tədbir <b style="color:red"></b>

15 iyun Milli Qurtuluş Günü ilə bağlı Bakı Slavyan Universitetində tədbir keçirilib.
 

Universitetdən 525.az-a verilən məlumata görə, mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev Qurtuluş bayramı münasibəti ilə iştirakçıları təbrik edib, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb.

Rektor 1993-cü ilin iyun ayında Azərbaycanın daxilində baş verən gərgin proseslərdən danışaraq qeyd edib ki, müstəqilliyimizin real təhlükədə olduğu bir məqamda Azərbaycan xalqı milli qurtuluş üçün Heydər Əliyevi hakimiyyətə dəvət etdi:

“1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu”.

Asif Hacıyev qurtuluş missiyalı bu qayıdışı müstəqilliyimizin qorunub saxlanılmasında, Azərbaycan xalqının itirilmiş inamını özünə qaytarmasında, sabaha, gələcəyə olan ümidinin artmasında həlledici amil kimi qiymətləndirib.

Tədbirdə professor Telman Cəfərov, Qarabağ müharibəsi iştirakçısı, baş müəllim Azad Hüseynov, Beynəlxalq münasibətlər və tərcümə fakültəsinin II kurs tələbəsi, BSU-nun Tələbə Xeyriyyə Fondunun rəhbəri Məmmədəli Həsənov və başqaları Milli Qurtuluş Gününün əhəmiyyəti, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıblar.

 





14.06.2016    çap et  çap et