525.Az

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə


 

Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə<b style="color:red"></b> Azərbaycanda qeyd olunan 18 iyun İnsan Hüquqları Günü ərəfəsində ombudsman Elmira Süleymanova qərb bölgəsində səfərdə olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.
 
Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.
 





15.06.2016    çap et  çap et