525.Az

Futbolçu toyuna qonaqları şəxsi təyyarəsi ilə gətirəcək


 

Futbolçu toyuna qonaqları şəxsi təyyarəsi ilə gətirəcək<b style="color:red"></b> Almaniya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Bastian Şvaynştayqer və dünyanın keçmiş birinci tennisçisi serbiyalı Ana İvanoviç Avropa çempionatından sonra toy edəcəklər.
 
Modern.az xarici mediaya istinadən bildirir ki, bundan əvvəl KİV-də 300-ə yaxın qonağın dəvət edildiyi mərasimin iyunun 5-də Belqradda keçiriləcəyi xəbəri yayılıb.

Almaniya mediasının yaydığı məlumatda isə bildirilir ki, cütlüyün artıq payladığı dəvətnamələrdə nikah mərasiminin iyulun 12-də keçiriləcəyi göstərilib. Bununla belə, toyun harada baş tutacağı gizli saxlanılır.

Digər məlumata görə, futbolçu dəvət etdiyi qonaqları mərasim yerinə şəxsi təyyarəsi ilə gətirəcək.
 
İvanoviç 2008-ci il “Rolan Qarros” turnirin qalibidir, Şvaynştayqer isə Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub. Bundan əlavə, o, 2012/2013-cü il mövsümündə Münhenin “Bavariya” klubu ilə Çempionlar liqasının qalibi də olub.
 
Şvaynştayqer hazırda Fransada davam edən Avropa çempionatında Almaniya millisinin şərəfini qoruyur. O, qrup mərhələsinin ilk oyununda Ukrayna millisinin qapısına qol da vurub. Həmin oyun almanların 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
 





15.06.2016    çap et  çap et