525.Az

Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşdı


 

Həbsdə olan ilahiyyatçının istintaqı yekunlaşdı<b style="color:red"></b> Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işinin materialları ilə tanışlıq başlayacaq. Vəkil E. Mustafaoğlunun ittihamları qəbul etmədiyini deyib.
 
Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.
 





16.06.2016    çap et  çap et