525.Az

“İnsan hüquqları həddi olan, amma hüdudu olmayan sahədir”


 

“İnsan hüquqları həddi olan, amma hüdudu olmayan sahədir”<b style="color:red"></b> “İnsan hüquqları həddi olan, amma hüdudu olmayan bir sahədir”.
 
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin  İnsan hüquqları komitəsinin “18 İyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” ilə əlaqədar parlamentdə təşkil etdiyi dinləmələr zamanı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Ə. Həsənov istehlakçıların hüquqlarının müdafiəsinə toxunub: “Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları 2 il qadağan etdi. Ancaq bəzi QHT istehsal sahələrinə daxil olub, qanunsuz yoxlamalar keçirməyə cəhd edir. Yaxud bəzi jurnalistlər rekertliklə məşğul olmağa çalışır. Nazir mənə zəng vurub deyir ki, bir qəzet təhdid edir, şər-böhtan yazır. Biz də öyrənirik ki, həmin jurnalistin üzərində 15 məhkəmə işi var. Belə hallar yolverilməzidir".
 
Ə. Həsənov qeyd edib ki, QHT və KİV-in hərəsinin öz hüquqları və vəzifələri var:  “QHT və KİV cəmiyyətdə şəffaf müzakirə mühiti yaratmalıdır”.
 





16.06.2016    çap et  çap et