525.Az

“Şirkətə basqın edən şəxslərin barələrində tədbir görülməyib”


 

“Şirkətə basqın edən şəxslərin barələrində tədbir görülməyib”<b style="color:red"></b> İyunun 10-da Bakıda yerləşən "Evrostroy-S" MMC-nin ofisinə basqın edərək şirkətin menecerini və daha bir nəfəri döyərək bədən xəsarətləri yetirən şəxslər barəsində hər hansı tədbir görülməyib.
 

Bu barədə APA-ya məlumat verən zərərçəkmiş Bəxtiyar Təhməzovun vəkili Ceyhun Yusifov bildirib: "Sanki belə bir hadisə baş verməyib. Halbuki həmin şəxslərin kimliyi məlumdur".
 
Qeyd edək ki, iyunun 10-da Avropa çempionu olan Qarayev Rafael Nüsrət oğlu və digər bir neçə nəfər şirkətə basqın edərək menecer vəzifəsində işləyən Bəxtiyar Təhməzovu və İlqar adlı şəxsi döyərək ağır xəsarətlər yetiriblər.
 





16.06.2016    çap et  çap et