525.Az

Misir Mərdanov: “Dərslikləri ləğv etməyə heç kimin ixtiyarı yoxdur”


 

Misir Mərdanov: “Dərslikləri ləğv etməyə heç kimin ixtiyarı yoxdur”<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dərsliklərin monitorinqini keçirib və rəyi nazirliyə göndərib.

Təhsil Nazirliyi həmin rəyləri araşdıracaq, qərar qəbul edəcək və bununla bağlı komissiyaya məlumat veriləcək”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.

Nazir onu da  qeyd edib ki, tədris ilinin ortasında dərslikləri ləğv etməyə heç kimin ixtiyarı yoxdur. Onun sözlərinə görə, dərsliklərin ləğvi yalnız  dövlətin təhsil siyasətini həyata keçirən qurumun səlahiyyətindədir.
 





22.02.2013    çap et  çap et