525.Az

Ancelina Colinin uşaqları 7 dil bilir


 

Ancelina Colinin uşaqları 7 dil bilir<b style="color:red"></b>

Aktrisa Ancelina Coli radio-şoulardan birində qonaq olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa 6 uşağından heç birinin valideynlərinin sənətlərini davam etdirmək istəmədiklərini deyib. Coli uşaqlarının xarici dillərə marağından danışıb:

"Mən onlardan hansı dili öyrənmək istədiklərini soruşdum. Şaylo Kambocada danışılan kxmer dilinə maraq göstərdi. Paks vyetnamca öyrənir. Meddoks alman və rus dilini, Vivyen ərəb dilini öyrənir. Noks isə işarət dili ilə məşğuldur".

Aktrisa uşaqlarının ümumilikdə 7 dildə danışa bildiklərini vurğulayıb.

 





17.06.2016    çap et  çap et