525.Az

Gəncədə Kitab Evi açıldı


 

OXUCULARIN İXTİYARINA MİNLƏRLƏ ADDA KİTAB VƏ ELEKTRON QİRAƏT BAZASI VERİLİB

Gəncədə Kitab Evi açıldı<b style="color:red"></b>

Milli Qurtuluş Gününə həsr edilən açılış mərasiminə Gəncə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılıblar.

Kitab Evi həm yeni nəşrlərin satışı, həm də qiraətxana funksiyalarını daşıyacaq.

Üç mərtəbəli binada yerləşən Kitab Evində oxucu klubu və mübadilə bölməsi də olacaq. Həmçinin bura kitab  hədiyyə edənlər əvəzində başqa kitablardan da yararlana biləcəklər.

Yeni Kitab Evində "Günün, həftənin, ayın kitabları"nın təqdimi, imza günləri, seminarlar və digər müxtəlif tədbirlərin keçirilməsi üçün müvafiq guşələr, həmçinin Kitab Kafesi də yaradılıb.

Qeyd edək ki, Gəncədə yeni açılan bu məkan Qafqazın ən böyük kitab evidir. Burada 5 minədək adda  kitab nüsxəsi, həmçinin elektron bazada 20 minədək kitab var.

Zakir Muradov
Gəncə

 





17.06.2016    çap et  çap et