525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2001-ci il. Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.

Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.

1998-ci il. Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub.

Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə proqramın qəbul edildiyi tarix Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunmağa başlayıb.
 
1953-cü il. Misirdə 74 illik İngiltərə müstəmləkəçiliyi sona çatıb və respublika elan edilib.

2006-cı il. Qazaxıstanın ilk süni peyki olan KazSat kosmosa çıxarılıb.

 





18.06.2016    çap et  çap et