525.Az

“Formula-1” başa çatdı


 

“Formula-1” başa çatdı<b style="color:red"></b> Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisi başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb.
 
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın canlı izlədiyi Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub.

Avropa Qran-prisinin qalibi “Mercedes” komandasından Niko Rosberq olub. 1 saat 32 dəqiqə 52 saniyə davam edən yarışın qalibi 8 mərhələdən sonra lider olan Rosberq dövrəni ən tez, 1:48,942 dəqiqəyə qət edib.
 
İkinci yeri ”Ferrari” komandasından Sebastian Fettel ( 1:48, 921) tutub.
 
İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres qapayıb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. S. Peresin cəriməsi olduğu üçün o, 3-cü olub.
 





19.06.2016    çap et  çap et