525.Az

"Qazprom"un Gürcüstana qaz nəqli Azərbaycanla əməkdaşlığa zərbədir"


 

"Qazprom"un Gürcüstana qaz nəqli Azərbaycanla əməkdaşlığa zərbədir"<b style="color:red"></b> Gürcüstan müxalifəti "Qazprom" korporasiyası ilə "Qazko+" MMC arasında Rusiya qazının alqı-satqısı ilə bağlı imzalanan müqaviləyə etiraz edib.
 
"APA-Economics" xəbər verir ki, müxalifətin "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerlə "Qazko+" MMC-nin kommersiya direktoru Georgi Mamaladze imza atdığı sənəddən xəbəri olmayıb.

Qeyd edək ki, sənədə əsasən 2016-cı ildə "Qazprom" "Qazko+" MMC-yə 100 mln. kubmetr qaz nəql edəcək.
 
Sabiq prezident Mixeil Saakaşvilinin tərəfdarı, Gürcüstan Mərkəzi Bankının keçmiş sədri Roman Qotsiridze deyir ki, hakimiyyət ölkəni "Qazprom"un əsarətinə təhvil vermək niyyətindədir. "Rusiya nəhəngi çoxdandır ki, Gürcüstana qaz satmırdı. Onun Gürcüstan bazarına qayıdışı yolverilməzdir və Azərbaycanla strateji əməkdaşlığımıza zərbədir", - deyə R. Qotsiridze bildirib.
 
Gürcüstanın baş nazirinin I müavini, energetika naziri Kaxa Kaladze isə bildirib ki, hökumətin sözügedən müqaviləyə heç bir aidiyyati yoxdur.
 
Baş nazirin digər müavini, iqtisadiyyat naziri Dmitriy Kumsişvili də analoji
 





20.06.2016    çap et  çap et