525.Az

İlham Əliyevdən Putinə başsağlığı


 

İlham Əliyevdən Putinə başsağlığı <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
 
APA-nın məlumatına görə, məktubda deyilir:

"Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.
 
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".
 
Qeyd edək ki, fırtına nəticəsində içərisində uşaqlar olan iki qayıq batıb. Nəticədə 13 uşaq ölüb, bir uşağın meyitinin axtarışları davam etdirilir.
 





20.06.2016    çap et  çap et