525.Az

NATO-da TANAP və TAP müzakirə olunacaq


 

NATO-da TANAP və TAP müzakirə olunacaq<b style="color:red"></b> İyulun 8-9-da Polşanın paytaxtı Varşavada keçiriləcək NATO-nun Sammitində enerji təhlükəsizliyi məsələləri də müzakirə olunacaq.
 
"APA-Economics" xəbər verir ki, bu barədə NATO-nun enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle deyib.
 
Onun sözlərin görə, enerji təhlükəsizliyi məsələləri alyansa üzv olan ölkələr üçün olduqca önəmlidir. "Sammitdə müzakirə olunan məsələlərdən biri də alyansa üzv olan ölkələrin Rusiya qazından asılılığını azaltmaqdır. Bu baxımdan TANAP və TAP layihələri olduqca böyük önəmə malikdirlər.
 
TANAP və TAP Avropaya nəql olunacaq qazın mənbələrinin diversifikasiyası baxımından da əhəmiyyətlidir.

Bu baxımdan NATO-nun üzvü olan Türkiyənin üzərinə böyük bir yük düşür. Rusiya Avropanın əsas qaz tədarükçüsü olaraq qalacaq. Lakin Azərbaycan, Qətər və Norveç kimi ölkələrdən nəql olunan qazın köməyi ilə Rusiyanın qaydaları diktə etməsinə mane ola bilərik", - deyə M. Rühle bildirib.
 





20.06.2016    çap et  çap et