525.Az

Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub


 

Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub<b style="color:red"></b> Son günlər ölkə ərazisində iqlim normasından yüksək temperatur müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, dünən Bakıda və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb.

İyunun 19-da paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.
 
Belə isti hava şəraiti ölkə ərazisində bu gün və sabah da davam edəcək.
 





20.06.2016    çap et  çap et