525.Az

Ordumuzun hərbçisi liftin şaxtasına düşdü


 

Ordumuzun hərbçisi liftin şaxtasına düşdü<b style="color:red"></b>

Azərbaycanda hərbi hissədə bədbəxt hadisə baş verib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Həmin hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu Nofəl Akif oğlu Yusifov əsgər yeməkxanasının liftinin şaxtasına yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbçi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





22.02.2013    çap et  çap et