525.Az

İran yük avtomobillərini Avropaya Azərbaycan üzərindən göndərəcək


 

İran yük avtomobillərini Avropaya Azərbaycan üzərindən göndərəcək<b style="color:red"></b>

PKK terror təşkilatı Türkiyənin şərqində İrana məxsus TIR-lara növbəti dəfə hücum təşkil etməsindən sonra rəsmi Tehran qonşu ölkəyə alternativ yol axtarır.

"APA-Economics" xəbər verir ki, İran quru yolları Tranzit və Sərhəd keçid məntəqəsinin baş direktoru Muhammed Cavad Atrçianın sözlərinə görə, Türkiyə İrana məxsus yük avtomobillərinin təhlükəsizliyini təmin etmək iqtidarında deyil.
 
Avropa istiqamətində alternativ yollardan söz açan baş direktor qeyd edib ki, yük daşıyıcıları Azərbaycan üzərindən keçməklə, Qara dəniz hövzəsində yerləşən Gürcüstan və Bolqarıstana, oradan isə Avropaya çıxış əldə edə bilər: "Bu, daha uzun, lakin təhlükəsiz marşrutdur. Sürücülərimizin təhlükəsizliyi isə bizim üçün daha önəmlidir".

 





20.06.2016    çap et  çap et