525.Az

Nazik siqaretlərin satışı qadağan oluna bilər


 

Nazik siqaretlərin satışı qadağan oluna bilər<b style="color:red"></b> Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik ("slims" - red.) siqaretlərin satışı məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir.

APA-Economics xəbər verir ki, bu barədə "Kommersant" qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazır.
 
Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: "İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq".
 





21.06.2016    çap et  çap et