525.Az

Salyanda doğulan üçəmlərdən ikisinin ölməsinə rəsmi münasibət


 

Salyanda doğulan üçəmlərdən ikisinin ölməsinə rəsmi münasibət<b style="color:red"></b> Səhiyyə Nazirliyi Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyaya gələn üçəmlərdən ikisinin ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki,  Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də xəstəxananın Doğum şöbəsində üçəm dünyaya gətirib:

“Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq uşaqlardan biri gecə saat 1:00-də, digəri isə 1:10-da ölüb".
 
Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara münasibət bildirən nazirlik əməkdaşı deyib ki, rayonda elektrik enerjisi saat 01.30 radələrində kəsilib:

"Yəni işığın sönməsinin bu məsələyə heç bir adiyyatı yoxdur və xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var".
 





21.06.2016    çap et  çap et