525.Az

Salyanda ölən körpələrin meyitləri Bakıda ekspertizadan keçiriləcək


 

Salyanda ölən körpələrin meyitləri Bakıda ekspertizadan keçiriləcək<b style="color:red"></b> Salyanda ölən körpələrin meyitləri ekspertizadan keçirilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib.
 
Birlikdən APA-ya verilən xəbərə görə, ölümün səbəblərini öyrənmək üçün meyitlər müayinə olunacaq. Müayinələr Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin xüsusi komissiyası tərəfindən aparılacaq və 2-3 həftə ərzində davam edəcək. Körpələrin ölüm səbəbi müayinələrin nəticəsindən sonra məlum olacaq.
 
Qeyd edək ki, ötən gecə Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb.
 





21.06.2016    çap et  çap et