525.Az

Erix Mariya Remarkın doğum günüdür


 

Erix Mariya Remarkın doğum günüdür<b style="color:red"></b>

Bu gün XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki Erix Mariya Remarkın doğum günüdür.

O, daha çox 1929-cu ildə yazdığı "Qərb cəbhəsində yenilik yoxdur", 1937-ci ildə işıq üzü görən "Üç yoldaş", eləcə də 1945-ci ildə yayımlanan "Zəfər tağı" romanları ilə məşhurlaşıb.

Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulub.

Anası Anna Mariya da etnik baxımdan alman idi. Birinci Dünya müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı.

1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir.

Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.

31 iyul tarixində iştirak etdiyi döyüşlərin birində sağ ayağı, sol qolu və boyun nahiyyəsindən ağır formada yaralanır.

Yaxınlıqdakı hərbi xəstəxanaya yerləşdirilən Remark daha sonra daha böyük hərbi xəstəxanaya köçürülür və müharibə bitənə qədər burada müalicə alır. Birinci Dünya müharibəsi başa çatandan sonra 1919-cu ilin 1 avqust tarixindən etibarən Lohn şəhərində yerləşən orta məktəbdə müəllimlik fəaliyyətinə başlayır.

1920-ci ildən etibarən isə Emsland və Nahn bölgələrində yerləşən məktəblərdə çalışır. Erix müəllimlik peşəsi ilə yanaşı özünü müxtəlif peşələrdə sınayır. Bir müddət sahibkarlıqla məşğul olur, sonralar bu sahədə uğur əldə edə bilmədikdə isə kitabxanaçı, jurnalist və editor vəzifələrini ardıcıllıqla icra edir. Jurnalistika fəaliyyətinə görə ilk qonararını isə Continental AG şirkəti üçün hazırladığı bir yazıya görə alır.

Yazçılıq fəaliyyəti

Remark 16 yaşından etibarən kiçik həcmli hekayələr və essələr yazmağa başlamışdı.

Yazıçının tamamlanaraq çap edilən ilk kitabı "Xülyaların sığınacağı" 1920-ci ildə çap edilir.

"Qərb cəbhəsində yenilik yoxdur" romanından sonra Remark anasına itahfən təxəllüsünü dəyişir. Remarkın ata babası nəslin adının ilkin forması olan Remarque-ni Remark ilə əvəzləməsindən sonra yazıçı da öz təxəllüsünü bu formada dəyişir. 1927-ci ildə yazar ikinci romanın üzərində işləməyə başlayır.

"Üfüqdə görünən stansiya" adlı roman bir il müddətində davam edən iş nəticəsində yazıb bitirlir və elə bu ərəfədə də Remark "Bild" qəzetinin İdman redaksiyasında işləmək təklifi alır. Hələ də özünü bir ədib kimi tam olaraq təsdiq edə bilməyən gənc qələm sahibi 1929-cu ilin yanvar ayında "Qərb cəbhəsində yenilik yoxdur" adlı romanını yayımlayır. Roman Remarkın yaradıcılığında dönüş nöqtəsində çevirilir və ilk ilindəcə 26 dilə tərcümə edilərək bütün dünyada oxunmağa başlanır.

"Qərb cəbhəsində yenilik yoxdur" romanı Erix Mariya Remarkın bu gün də ən çox satılan və oxunan əsəri hesab olunur.

Kitab ilk dəfə nəşr edildiyi 1929-cu ildən sonra dəfələrlə nəşr edilmiş və toplamda 15-20 milyon tiraj ilə satılmışdır. Romanın əldə etdiyi məhşurluq nəticəsində 1930-cu ildə Luis Milestonun rejisorluğu ilə roman əsasında eyni adlı film çəkilir.

Kitab yazarın Birinci Dünya müharibəsində iştirakı zamanı şahid olduğu hadisələr əsasında yazılıb.

1931-ci ildə "Qayıdış" romanını bitirdikdən sonra Remark İsveçrənin Porto-Ranco qəsəbəsində villa satın alır və yazarın bu dönəmdəki əsas düşüncəsi Fransaya köçmək və bütün fəaliyyətini orada davam etdirmək üzərinə olur.

Yazarın növbəti əsəri olan "Üç yoldaş"da isə Veymar Respublikası zamanı yaşanan hiper-infilyasiya ustalıqla təsvir edilir və "Üç yoldaş" romanı da dönəminin tənqidçilərindən müsbət rəy almağı bacarır.

Remarkın dördüncü romanı olan Flotsam alman dilindən tərcümə edilərək 1939-cu ildə ingilis dilli Kollier jurnalında yayımlanır. 1945-ci ildə yayımlanan "Zəfər tağı" romanı yazıçının növbəti şah əsərlərindən birinə çevrilir və kitab toplamda 5 milyon satış əldə edir.

Nasist dönəmi

1933-cü ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının hakimiyyətə gəlməsi ilə Remarkın ağır günləri başlanır.
Dönəmin təbliğat işləri üzrə naziri Jozef Göbbelsin göstərişi ilə yazarın çap edilmiş əsərli yandırılır.

Təziqlərdən yayınmaq üçün Remark özünü daha təhlüksəzilikdə hiss etdiyi İsveçərədəki villasına köçür.

Nasistlər Remarkın ölkəni tərk etməsinə baxmayaraq onun yazılarını və romanlarını tənqid etməkdə davam edirdilər.

Yazara qarşı səsləndirilən əsas itthiamlardan biri isə onun fransız yəhudilərinin nəsilindən gəlməsi və əsil adının Remark yox Kramer olması ilə bağlı idi. Erix Remarka qarşı səsləndirilən bu iddialar sonralar belə öz təsdiqini tapmayıb. Remarkın alman vətəndaşlığı ləğv edilib.

Cavid QƏDİR
Mənbə: Vikipediya

 





22.06.2016    çap et  çap et