525.Az

BAMF-ın yaranmasından 24 il ötür


 

BAMF-ın yaranmasından 24 il ötür<b style="color:red"></b>

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasından 24 il keçir.

BAMF-dan 525.az-a verilən məlumata görə, 1992-ci il iyunun 22-də yaranan və elə həmin il sentyabrın 4-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan BAMF artıq 24 ildir ki, vətəndaş cəmiyyəti sahəsində uğurlu fəaliyyət göstərir.

Ötən illər ərzində təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası,Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

2014-cü ilin yanvar ayında təşkilat Nyu-York şəhərində BMT-nin Baş Qərargahında BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin komitə iclasında ECOSOCA-un ən yüksək, general statusunu qazanıb.

BMT-nın yarandığı gündən bu günə qədər əməkdaşlıq etdiyi 31000 təşkilatın içərisində yalnız 148 təşkilat bu statusa layiq görülüb.

Bununla yanaşı, BAMF həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə AvropaŞurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB), Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansının (ANPED) aktiv üzvüdür.

Beynəlxalq və yerli layihələrin icrasında təcrübəsi olan BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutu (2012-2016 ) və Beynəlxalq Sülh Bürosunun idarə heyətində təmsil olunur.

Cavid QƏDİR

 





22.06.2016    çap et  çap et