525.Az

Fuad Qəhrəmanlının həbs müddəti artırıldı


 

Fuad Qəhrəmanlının həbs müddəti artırıldı<b style="color:red"></b> Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
 
F. Qəhrəmanlının vəkili Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, məhkəmə həbs qətimkan tədbirinin müddətini avqustun 8-dək artırıb.

Y. İmanov qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
 
Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.
 





22.06.2016    çap et  çap et