Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.
Qol.az-ın məlumatına görə, 31 yaşlı futbolçu ondan müsahibə götürmək istəyən jurnalistə qarşı hörmətsizlik edib.
Madrid "Real"ının ulduz futbolçusu "Avro-2016"nın qrup mərhələsində bu gün Macarıstanla qarşılaşacaqları oyunöncəsi ona sual verən telekanalın əməkdaşının mikrofonunu əlindən alaraq suya atıb.
Qeyd edək ki, Portuqaliya millisi "Avro-2016"da keçirdiyi iki oyundan sonra 2 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.